sayman Aruz un şeir odasi
Yaylığımı bağladım Payızı parçaladım Qışı qandalladım !Bahar gəlmədi- Gecəni qollarımda Gündüzü gözlərimdə Güneyi çiyinlərimdə Ümüdü ürəyimdə Səni ovucumda Vətəni ayaqlarımda sürüdüm Yeridim Yürüdüm Yoruldum !Bahar gəlmədi- Satıcı qızlar tələb olundu Satıcı oğlanlar Azadlığa döyüşməyin dedilər !Azadlıq qazetini oxuyun Onlar yaranmamış- Ölürlər Biz Ölməmiş yaranırıq dedim Millətçinin fəsili !payizdir dedilər !Bahar gəlmədi- Yaylığımı açdım Payızı paylaşdım ...Özümü qandalladım Vətənim Anamdan doğulmayib Özüm qazanmışam dedim Yeridim Yürüdüm Yoruldum !Bahar gəlmədi- Bahar !...millətçidir dedilər diktator sənə yazmayiram ha özünə alma mənimdə qələmim sənin tüfəngin kimi doğmadır elə bu topraqdan bu aqaclardan bu xiyavanlarda bağıran dəri boğazlardan yaranıb barıtı həsrətdən mərmisi dərddən gələn gedəninidə sən çəkirsən xiyavanlarda sürüyürsən sariyirsan !qandallayirsan ah- kütlənin gözündə boğulmaq kütlənin dodağinda doğulmaq yaşasin azadlıq -ölsün diktator diyə !fərqimizdə elə burasındadır !bilirsən biz ekiz doğulmuşuq bir paradoks anadan bir paradoks atadan xəyanət bizim evimizdən başlanıb bizim eşiyimizdən başlanıb anamı atamın altinda görəndən anladım sən məni qoruyursan özümdən !atam anamı qoruyan kimin sən dustaqban mən dustaqçı axı millət fikirləşmir ki döyüşür axı millət fikirləşsə millət olmaz olar millətçi olar dustaqçı !...olar məni qurtar evimizdən diktator elə bil lorkayam elə bil nerodayam elə bil azarbaycanam six güllələrini sinəmə diktator six güllələrini sinəmə ...diktator ...iranda olmadığıma görə bir az gecikdim etiraz olubdur bütün varlığım çəkibdir sinəmdə özünü dara mənə qələm gətir allaha xatir səsim boğulubdur barmaqlarimda sanki siğişmayir dərimə canım alıbdır sinəmi xırıltı səsi bir nəfər içimdə ənəlhəqq diyə sanki başa çəkir axır nəfəsi mənə qələm gətir yoxsa indicə kəsib doğrayacaq özünü dərim qana boyanacaq məndə bir nəfər intihar edəcək düşüncələrim girəcək yerilə göy döyuşünə inçimdə bir şeytan daşlanacaqdır sətirdən sətirə axacaq qanım kağaz inqilabı başlanacaqdır o qədər çəkmişəm ögeylər yükün o qədər sevmişəm sağı soluna aynada gördüyüm o mən baxışlı həm sənə bənzəyir həmi də o na ölmək istəyirəm sətir bə sətir indi öz ovcumu açmağım gəlir sənə çatmamağım,yetişməməyim ...özümdən qurtulub qaçmağım gəlir Hörmətli qələmdaşlar Həbib Sahir adına şeir festivalı sizdən təşəkkür edir və son nəticələri açıqlayır: Klassik qalib: 1- məhəmməd Novin (Baraz) 2- Həmid Eyvəzi 3- Mehdi Əzimi Sərbəst qalib: 1- Yunis Səfdəri 2- Elman Zənqanlı 3- Mahmud İbrahimi Tərcümə: Behruz Sədiq Bu festival altı aydan bir öz işini davam etdirəcək. قالیب بو شهر ده آخی نئیله یک نه شهر قویاجاق سئوک بیر بیری نه بیز اولاجاق کی شهری سئوه ک بورادا قالماغا بهانه میز یوخ بیزیم غربتیمیز شهریمیز دیر هر یئره باخیرسان،آدام ،ال،آیاق هر یئره باخیرسان،داش،بتون،دمیر! سرحدلر چکیلیر گونو گونون دن دونیالار کیچیلیر آدام به آدام دوغروسو سئوگیلیم،کیچیک دونیالی کیچیک آداملاردان یامان قورخورام سیاسی سئویلمک،سیاسی سئومک سیاسی یاشاییش،سیاسی اؤلوم بیزی گیزله دیبلر اؤز ایچیمیزده گل گئدک سئوگیلیم،گل گئدک گولوم بویویور گؤن به گؤن شهرده دوستاق کیچیلیر گؤن به گؤن اؤزون ده اینسان بیزیم شهریمیزده دووارلار ایندی اوجادیر دوستاقین دووارلارین دان نه بیز دؤنه جه ییک اوشاقلیقلارا نه شهر قاییدیب کند اولاجاق دیر گل یاپیش الیمدن گئدک سئوگیلیم بو شهر بیز دئیه ن اولمایاجاق دیر!:Yoldaşım şəhid Əmaniyə ithaf
yazilib Thu 22 Oct 2009 saat
سامان حسن زاده| |
yazilib Fri 11 Sep 2009 saat
سامان حسن زاده| |
yazilib Sat 15 Aug 2009 saat
سامان حسن زاده| |
yazilib Tue 21 Jul 2009 saat
سامان حسن زاده| |
گل یاپیش الیمدن،گئدک سئوگیلیم
yazilib Fri 19 Jun 2009 saat
سامان حسن زاده| |


